Yolun kənarından kişi meyiti tapıldı


11:37     29 İyul 2019 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg

Sabirabadda 33 yaşlı kişi faciəvi şəkildə ölüb.

Femida.az-ın məlumatına görə, rayonun Həşimxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Nərimanovun meyiti kənd ərazisindən keçən şose yolunun kənarında tapılıb.

İlkin ehtimallara görə, R. Nərimanov kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 622