Dövlət qulluğu üzrə müsahibə davam edir


11:50     29 İyul 2019 2018/04/dovlet-q_1523608797.jpg

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.


Femida.az DİM-ə istinadən xəbər verir ki, iyulun 29-u saat 11:20-yə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş 212 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr oktyabrın 21-dək davam edəcək. Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (317 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 343 vakant vəzifənin 1-i 4-cü təsnifata, 28-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 312-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 5-i AC, 28-i BA, 309-u isə BB vəzifə qrupuna aiddir.

Femida.az

Açar sözlər:

Oxunub: 338