Gömrükdə gizlədilən ətirlər aşkarlanıb


12:25     29 İyul 2019 2019/07/15643-1564387397_1564389082.jpg

Gömrükçülər avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlayıblar.


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az -a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətir aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 544