DYP “sarı zolağa” girən sürücüləri bağışladı

DYP “sarı zolağa” girən sürücüləri bağışladı


12:46     29 İyul 2019 19_07_29_1564390062.jpg


Ötən gündən etibarən "Bakı-2019" - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxt yollarında tətbiq olunan "sarı zolaq" qadağası ləğv edilib.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Femida.az-a bildirib ki, "sarı zolaq" qadağası ilə bağlı çox az sayda sürücüyə cərimə tətbiq olunub.
"Bir neçə sürücü cərimə olunub ki, onlar idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxıblar. İdmançıları aparan avtobusa yol verməyənlər cərimə olunub".

V.Əsədov qeyd edib ki, ümumlikdə isə sürücülər həmrəylik göstəriblər və qaydaları pozmayıblar: "Müəyyən səbəblərdən qaydaları pozanları bağışladıq. "Sarı zolağa" daxil olduğu üçün çox az sürücüyə cərimə tətbiq edilib”.

Femida.az

Açar sözlər: #DYP  

Oxunub: 240