Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək


13:47     29 İyul 2019 2019/07/996c3155-01bb-4749-b2d4-1712977712e8_3128787794.jpg

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.


Heydər Əliyev Mərkəzindən Femida.az-a verilən məlumata görə, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur. Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.

Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.



Femida.az

Açar sözlər:

Oxunub: 760