Qatarın taksini vurması nəticəsində yaralananların SON DURUMU


14:10     29 İyul 2019 klinika.jpg


Səhiyyə Nazirliyi Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

38 yaşlı kişiyə sol qolun sıyrılmış yarası və sonuncu 33 yaşlı kişiyə sol çiyinin və sol baldırın travması ilə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 555