Bakıda keçmiş məhkum bıçaqlanıb


14:49     29 İyul 2019 bicaq.jpg

Abşeronda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 27-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini İ.İsmayılov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş A.Hüseynzadəyə bıçaqla xəsarət yetirib.

Abşeron Rayon Polis İdəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.İsmayılov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 315