Oğuzda narkotik becərən iki dost saxlanılıb
15:27 29 İyul 2019
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, əkini ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkar edilib.
Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin 2 dost, Xocalı rayonu Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. İfadələrində həmin narkotik tərkibli bitkiləri öz istifadələri üçün becərdiklərini bildiriblər.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- Oğuzda avtomobil ağaca çarpılıb, xəsarət alan var
- Oğuzda ev yanıb, 82 yaşlı qadın yanaraq ölüb
- Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb
- Oğuzda meşə ərazisində yanğın olub
- Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb
- Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
- Oğuzda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb
- Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb
- Oğuzdakı yanğın söndürülüb
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var