Evlərdən samovar oğurlayan şəxs tutuldu
15:29 29 İyul 2019
Bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən 3 ədəd samovar və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb.
Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 405
Oxşar xəbərlər
- Evlərdən 27 min manatlıq oğurluq edən kişi və qadın tutulub
- Evlərdən oğurluq edən qadın tutuldu
- Evlərdən oğurluq edən şəxs saxlanıldı
- Evlərdən qızıl oğurlayan şəxs ələ keçdi
- Evlərdən oğurluq edən şəxs tutuldu
- Evlərdən oğurluq edən iki nəfər saxlanılıb
- Evlərdən oğurluq edən şəxslər saxlanılıb
- Evlərdən oğurluq edən qadın tutuldu - FOTO
- Evlərdən oğurluq edən əcnəbi vətəndaş tutulub
- Evlərdən oğurluq edən 42 cinayətkar qrup ifşa edildi