Rusiyada Azərbaycan vətəndaşları yol qəzasına düşüb - Ölən var


15:37     29 İyul 2019 2019/07/7b8ae7d8-017e-4aea-8c79-467fe7b1e9a9_1564400289.jpg

Rusiya Federasiyası Rostov vilayətində Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər həlak olub, 9 nəfər xəsarət alıb.


Femida.az “İnterfax”a istinadən xəbər verir ki, Moskvadan Bakıya gedən və içərisində 13 nəfər Azərbaycan vətəndaşının olduğu “Volkswagen Crafter” mikroavtobusu eyni istiqamətdə hərəkətdə olan “Man” tırı ilə toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü və sərnişinlərdən biri ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 408