Qatarın taksini vurması nəticəsində xəsarət alanlar evə buraxılıb


16:29     29 İyul 2019 1394095250_sehiyye_nazirliyi1%20(1).jpg


Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.


Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəza zamanı xəsarət alan 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb.

Qeyd olunub ki, onların vəziyyətləri normaldır: “Ambulator müalicəyə buraxılıblar”.

Femida.az

Açar sözlər:

Oxunub: 330