Dünən yol qəzalarında 3 nəfər ölüb
17:50 29 İyul 2019
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 375
Oxşar xəbərlər
- Dünən Azərbaycanda 44 yanğın olub - Evdə qalan 5 nəfər isə...
- Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
- Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb
- Dünən yollarda karantini pozan 1 822 nəfər cərimələndi
- Dünən 40 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 24 cinayətin üstü açılıb
- Dünən 3 nəfər yol qəzasında ölüb - RƏSMİ
- Dünən 24 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 30 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 19 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə