Evdən 30 min manat və qızıllar oğurlandı


20:17     29 İyul 2019 1439202905_manat2.jpg

Sabirabadda evdən külli miqdarda pul və zinət əşyaları oğurlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərin birindən 30800 manat pul və 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Rəhimli saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 509