Klarnet ifaçısı toyda qəfildən öldü


22:32     29 İyul 2019 19_07_29_1564425225.jpg

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş tutan toy məclisində klarnet ifaçısı qəfildən dünyasını dəyişib.

Femida.az-ın məlumatına görə, Vaqif Zabratlı adıyla tanınan klarnet ifaçısının halı pisləşib və o, təcili tibbi yardım xidməti gələnə qədər keçinib.

Xəbəri həmin vaxt məclisdə olan müğənni Sevinc Bünyadova da təsdiqləyib. Onun sözlərinə görə, V.Zabratlı ürək çatışmazlığından əziyyət çəkirmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 588


Oxşar xəbərlər