Təyyarə qəzası Pakistanda 19 nəfərin ölümünə səbəb oldu


09:14     30 İyul 2019 19_07_30_1564463676.jpg


Pakistan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ravalpindi şəhəri üzərində təlim uçuşu zamanı baş verib. Qəzadan sonra bir neçə binanı əhatə edən yanğın olub.

Məlumata görə, təyyarə qəzası nəticəsində 19 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Ölənlər arasında yerli sakinlər də var. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər: #Pakistan  

Oxunub: 443