20 yaşlı gənc intihar edib - Şəkidə


09:19     30 İyul 2019 19_07_30_1564463767.jpg


Şəkidə 20 yaşlı gənc intihar edib.


Hadisə ötən gün axşam saatlarında Şəki şəhəri, Qara Qarayev küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.

1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 20 yaşlı gəncin intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Şəki  

Oxunub: 473