Azərbaycan vəkilliyi 100 yaşını qeyd edir


09:35     30 İyul 2019 19_07_30_1564465031.jpg

Bu gün Azərbaycanda vəkilliyin yaranmasından 100 il ötür.


Femida.az xatırladır ki, 1919-cu ilin bu günü Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurası təşkil edildi. Məhz həmin gün Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi qeyd olunmağa başladı.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur.

Hazırda ölkəmizdə 1555 vəkil fəaliyyət göstərir. Bakıda 27, regionlarda isə 15 vəkil qurumu fəaliyyət göstərir.

Femida.az hüquq portalı olaraq dəyərli vəkillərimizi peşə bayramları münasibəti ilə təbrik edirik.

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #bayram   #Kollegiya  

Oxunub: 1434