Azərbaycanlıların təhqir olunduğu veriliş bağlandı
00:33 09 Noyabr 2015
İranın IRIB dövlət televiziya şirkəti İranda yaşayan azərbaycanlıların şikayətindən sonra uşaq verilişinin yayımını dayandırıb.
Hər cümə günü efirə gedən "Fitileh" populyar uşaq verilişinin yayımı sonuncu buraxılışdan sonra müvəqqəti dayandırılıb.
IRIB-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub.
Mətbuat xidmətindən bildirilib ki, bu, səhvən baş verib: "Dövlət televiziya şirkəti İran azərbaycanlılarından üzr istəyir və qeyd edir ki, bu vəziyyət bilməyərəkdən baş verib".
Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.
Oxunub: 1043
Oxşar xəbərlər
- Azərbaycanlıların reaksiyası yekdil deyil - Ekspertdən İran hadisələrinə ŞƏRH
- Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür
- Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat - Gürcüstanda
- Azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verildi
- Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirildi
- Azərbaycanlıların problemi Gürcüstan parlamentində
- Azərbaycanlıların yaşadığı bölgədə təhlükəli virus aşkar edilib
- Azərbaycanlıların oğurlanması ilə bağlı cinayət işi açıldı
- Azərbaycanlıların 85 faizi döyüşməyə hazırdır - SORĞU
- Azərbaycanlıların ən çox səfər etdiyi şəhərlər - Siyahı