Vəkillərə yubiley döş nişanı veriləcək
12:41 30 İyul 2019

Bu gün Azərbaycanda vəkilliyin 100 illik yubileyi qeyd olunur.
Femida.az-ın verdiyi xəbərə görə, hazırda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri olan Anar Bağırov bildirib ki, XX əsrin 30-cu illərində vəkillik hüquqsuz və formal, Ədliyyə Nazirliyi tərəfindən idarə olunan və ondan asılı olan bir qurum kimi fəaliyyət göstərib: “2019-cu il boyu vəkilliyin 100 illiyinə, müstəqilliyinin 20 illiyinə, Vəkillər Kollegiyasının yaranmasının 15 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri həyata keçirilir və bu tədbirlər ilin sonunadək davam edəcək.
Həmçinin bir sıra vəkillərimiz vəkilliyin 100 illiyinə həsr olunmuş yubiley döş nişanı ilə də təltif olunacaq. Oktyabr ayının əvvəlində isə xarici qonaqların, rəsmi şəxslərin və bir çox vəkilllərimizin iştirakı ilə vəkilliyin yubiley ilinə həsr olunmuş möhtəşəm tədbirin keçirilməsi də nəzərdə tutulub”.
Femida.az
Oxunub: 363
Oxşar xəbərlər
- Vəkillər Kollegiyası dövlətə 2,8 milyon manat qaytardı
- 2288 cinayət "isti izlər"lə açılıb
- Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
- Ötən il Azərbaycanda 26 mindən çox cinayət qeydə alınıb
- Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldı - Su kanalında
- Şəhidlərin yeni siyahısı açıqlandı: 2855 nəfər dəfn edilib, 50 nəfər itkindir
- Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
- Prezident: "Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək"
- “Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır” - Prezident
- “Azəriqaz”: “Məcburi köçkünlərin borcu hələ də ödənilməyib”