XİN: Mərakeşlə əməkdaşlıq güclənməyə davam edəcək


12:58     30 İyul 2019 merakes3.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərakeş Krallığını Taxt-tac günü münasibətilə təbrik edib.

Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Biz Mərakeş hökumətinə və qardaş Mərakeş xalqına əbədi sülh və rifah arzu edirik. Ümid edirik ki, Azərbaycan və Mərakeş arasındakı dostluq və əməkdaşlıq əlaqələri inkişaf etməyə və güclənməyə davam edəcək”, - təbrikdə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 338