Yanvar-iyun aylarında Azərbaycanın ixracı 9,98 milyard olub


13:59     30 İyul 2019 dollar%20femida4.jpg

2019-cu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 15 faiz artıb.



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Femida.az-a daxil olan məlumata görə, “İxrac İcmalı”nın iyul sayında göstərilir ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 9,98 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 15 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 979 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 15 faiz artıb.

Bu ilin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon, İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarımilliyi ərzində meyvə-tərəvəz ixracı 318,4 milyon ABŞ dolları təşkil edib. Bu isə 15 faizlik artım deməkdir. Bundan başqa, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min turist gəlib.

Bu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 409


Oxşar xəbərlər