Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb


14:23     30 İyul 2019 19_07_30_1564482190.jpg

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Açar sözlər: #DİN   #polis   #cinayət  

Oxunub: 333