İtkin düşən pilotun axtarışlarının əhatə dairəsi genişləndirilib


15:38     30 İyul 2019 2019/07/67646-1564485340_1564486742.jpg

Xəzər dənizində itkin düşən pilotun axtarışlarının əhatə dairəsi genişləndirilib. Hazırda axtarış işləri daha çox şimala yönləndirilib. Həmçinin, axtarışlara yeni vasitələr cəlb olunub.


Bu barədə Femida.az-a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, axtarışlar yüksək səviyyədə təşkil olunub: “Yeni vasitələr cəlb olunmaqla daha sürətli axtarışlar aparılır”.

Q.Hüseynli qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən pilotun ailəsi daim diqqətdə saxlanılır.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 529