Çadda terror aktı: 3 ölü


02:38     09 Noyabr 2015 827de76d-f736-4308-9826-fa1f5e249006.jpg

Çadda "Boko haram" terrorçuları tərəfindən təşkil olunan ikiqat terror aktı zamanı 3 nəfər ölüb, daha 14 nəfər yaralanıb.


Femida.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Partlayışlar Nqubua kəndində baş verib. Onları qadınların törətdiyi ehtimal edilir.

Terror aktlarının törədildiyi kənddə "Boko haram" zülmündən qaçan çoxlu sayda Çad və Nigeriya vətəndaşı yaşayır.

Açar sözlər:

Oxunub: 746


Oxşar xəbərlər