Azərkosmos bu il 18,6 milyon dollarlıq xidmət göstərib


18:03     30 İyul 2019 1436532434_resizedimage400300-azerkosmos400_2.jpg

2019-cu ilin yanvar-iyun aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 19 ölkəsinə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Femida.az-a verilən məlumata görə, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib.

2019-cu ilin iyun ayında isə "Azərkosmos" ASC tərəfindən dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziyadır.

Femida.az

Açar sözlər:

Oxunub: 444


Oxşar xəbərlər