Əhalinin banklardakı əmanətləri artıb


17:47     30 İyul 2019 emanet%20faiz4.jpg

Bu ilin iyun ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 633,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% və ya 364,1 mln. manat artıb.



Femida.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, cari ilin ilk yarısında tələbli depozitlər 18,1% (505,7 mln. manat) artıb.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarısında 1,1% (114,1 mln. manat) azalsa da, müddətli depozitləri 55,4% (803,5 mln. manat) artaraq 2 253,2 mln. manata çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 529