İlham Əliyev qalib idmançıları mükafatlandırdı - Sərəncam


17:40     30 İyul 2019 prezident2.jpg

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.



Femida.azz xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıb:

Birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;

İkinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;

Üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;

Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).


Femida.az

Açar sözlər:

Oxunub: 483