Cəbrayıl Hacıyev dünya çempionu oldu

Cəbrayıl Hacıyev dünya çempionu oldu


21:12     30 İyul 2019 2019/07/1FB1E954-77C2-437D-AC94-B476D3FF1CFE_1564506926.jpeg

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.

Femida.az xəbər verir ki, təmsilçimiz Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib.

Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının qalibi olan Hacıyev daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.

Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısıyla qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığmamızın üzvü əzmkar qələbə qazanaraq dünya çempionu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 185