Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq


09:55     31 İyul 2019 qaz7.jpg

Bu gün Bakının bəzi rayonlarında qaz təchizatı dayandırılacaq.

Femida.az-ın “AZəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, saat 11:00-dan 13:00-dək Qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Sabunçu rayonu üzrə bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Saat 11:00-dan sazlama işləri ilə bağlı Xəzər rayonu, Binə, Qala qəsəbələrində, Qaradağ rayonu, Ələt qəsəbəsində də bir qrup sakinin qaz təchizatı dayandırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 362