Bir neçə rayonunda da qaz kəsilib


10:28     31 İyul 2019 qaz1.jpg

Ötən gün saat 19:00-dan bu gün saat 19:00-a qədər Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının bir hissəsində, eləcə də bu gün səhərdən Bərdə, Tərtər, Ağdam, Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Təchizatın dayandırılması Qaz İxrac İdarəsinin balansında olan bir neçə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədardır.


Femida.az

Açar sözlər:

Oxunub: 423