Düşmənə 110 dəfə atəş edildi
13:42 09 Noyabr 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 103 dəfə pozub.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib.
Oxunub: 1028
Oxşar xəbərlər
- Düşmənə əsir düşməmək üçün özlərini partlatdılar - 20 il ötür
- Düşmənə cavab zərbəsi: Erməni əsgəri ölümcül yaralandı
- Düşmənə güclü zərbə : 2 erməni məhv edildi
- Düşmənə 132 atəş zərbəsi endirildi
- Düşmənə 120 atəş zərbəsi endirilib
- Düşmənə 130 atəş zərbəsi endirildi
- Düşmənə 160 atəş zərbəsi endirildi
- Düşmənə 127 cavab zərbəsi endirildi
- Düşmənə ağır zərbə - Onlarla erməni öldürüldü (VİDEO)
- Düşmənə 102 atəş zərbəsi endirilib