Yay başlayandan Bakıda 27 nəfəri gün vurub


12:24     31 İyul 2019 gunvurma%20isti.jpeg

Yay fəsli ərzində günvurma ilə əlaqədar təcili yardıma 27 müraciət daxil olub.



Bu barədə Femida.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciət edən şəxslərdən 17 nəfəri hospilitizasiya olunub. Onlardan 3-ü uşaqdır.

Qeyd edilib ki, ötən illə müqayisədə bu il günvurma ilə bağlı müraciətlərin sayı azdır. Bu da havaların sərin keçməsi ilə əlaqədardır.

Femida.az

Açar sözlər:

Oxunub: 387