Şirvanda qadını bıçaqladılar


14:00     09 Noyabr 2015 3890e0d755ed4f8620dc49aa619baf9d.jpg

Şirvanda 29 yaşlı qadın bıçaqlanıb.


APA-nın məlumatına görə, hadisə bu gün saat 22.30 radələrində Şirvan şəhəri H.Əliyev prospekti 28a, mənzil 31 ünvanında baş verib.

Həmin ünvanda yaşayan və qeydiyyatda olan 1986-cı il təvəllüdlü Zeynalova Arzu Mirzəbəy qızına bıçaqla xəsarət yetirilib.

Mədə nayihəsindən bıçaq yarası alan qadın Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Qadını xəstəxanaya çatdıran əri, həyat yoldaşının ruhi xəstə olduğunu və onun özü-özünə bıçaqla xəsarət yetirdiyini bildirir.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 835