100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb


13:08     31 İyul 2019 2019/07/15645-3129126250_1564564207.jpg

İlin əvvəlindən indiyədək paytaxtda 100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb.


Bakı Nəqliyyat Agentliyindən Femida.az -a bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınmaqla mütəxəssislər tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun yeni dayanacaq pavilyonları quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Həmçinin mövcud pavilyonlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 488


Oxşar xəbərlər