Bakıda əcnəbi saxta pulla tutuldu


14:15     31 İyul 2019 pul-saxta.jpg

Nərimanov Rayin Polis İdarəsinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, görülmüş tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma)maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 301