Keçmiş məhkum yenidən cinayət törədib

Keçmiş məhkum yenidən cinayət törədib


14:32     31 İyul 2019 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg

Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub.


Femida.az DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də Bakı şəhər sakini R.Hüseynovu bıçaqla hədələyib pulunu və mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Nurullayev saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 155