Azərbaycanda elektron ödənişlərin həcmi 130 milyard manatı keçib
14:35 31 İyul 2019
Azərbaycan Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə 2019-cu ilin birinci yarımilliyinin nəticələrini açıqlayıb.
Femida.az-ın məlumatına görə, hesabatda qeyd edilir ki, 2019-cu ilin birinci yarımili üzrə ölkədə banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131.3 mlrd manat, sayı 25 mln 378 min ədəd təşkil etmiş və ötən ilin analoji dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5.1% və 41.3% artım müşahidə olunmuşdur.
Hökumət Ödəniş Portalı (HÖP) üzərindən cari ilin I yarımili üzrə həyata keçirilən əməliyyatların həcmi 1 mlrd 412 mln manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln manatı nağdsız qaydada həyata keçirilmişdir ki, bu göstərici 2018-ci ilin I yarımili ilə müqayisədə 3,4 dəfə artmışdır.
30.06.2019-cu il tarixinə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 milyon ədədi ötmüşdür. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olmuşdur. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artmışdır.
I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 mlrd 532 mln manat təşkil etmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artım olmuşdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil etmişdir ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.
Femida.az
Oxunub: 338
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib