Sabirabad sakini qarayara xəstəliyindən ölüb


15:57     31 İyul 2019 xestexana_01254.jpg

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.



Səhiyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlcə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb.

Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər.

Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə KTM-ə yerləşdiriliblər. İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir.

Bildirilib ki, qarayara xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlik, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu hadisəyə qədər qarayara xəstəliyindən ölən olmayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 590