Qarabağ həqiqətləri Tatarıstan Dövlət Şurasının Komitə sədrinə çatdırıldı


16:23     31 İyul 2019 2019/07/67361236_2128514037260624_725788561797808128_o_1564575878.jpg


Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədri, görkəmli dövlət və ictimai xadim Razil Vəliyevə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.


Femida.az xəbər verir ki, millət vəkili prof.dr.Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfərin ilk günü məhsuldar keçib.



Qardaş Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev və xanımı, Milət vəkili, ABAİ İB-nin sədri Qənirə Paşayevanın, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov və təşkilatçı qurumların mənsublarının müşayiəti ilə öncə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeavnın məzarlarını ziyarət edib. Fəxri Xiyabanda uyuyan görkəmli elm, mədəniyyət xadimlərinin məzarları da ziyarət olunub, Fəxri Xiyaban, burada dəfn olunan görkəmli şəxsiyyətlərin həyat və fəaliyəti barədə hörmətli qonağa bilgi verilib. Sonra Şəhidlər Xiyabanı ziyarət edilib, 1990-cı ilin 20 yanvarında yaşananlar, xalqın azadlıq mübarizəsi barədə Tatarıstanın Xalq şairinə ətraflı bilgi verilib.



Birinci işçi günün ilk rəsmi görüşü Milli Məclisdə (MM), MM-in Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, NİZAMİ ad.Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli ilə oldu. Komitə sədri bildirdi ki, bu görüşlə bir ilk yaşanır – çünki Azərbaycan Milli Məclisinin tarixində Tatarıstan parlamentinin Komitə sədri ilk dəfə qəbul edilir. Azərbaycan parlamentarizm tarixindən, qardaş tatar xalqı ilə ortaq dəyərlərimizdən, indiyədək görülmüş müyyyən işlərdən və daha çox iş görmək istək və im¬kanından söz açan İsa Həbibbəyli, tatar həmkraının Aərbaycan səfərini əlamətdar hadisə adlandırdı.İ.Həbibbəyli ümidvar olduğunu bildirdi ki, qardaş xalqların elm-təhsil, mədəniyyət, o cümlədən parlametlərarası əməkdaşlığında yeni səhifə açılacaq, mövcud imkanlar dərindən dəyərləndiriləcəkdir. Bununçün dövlət başçıları səviyyəsində yüksək münsaibətlərin, yetərli dəstəyin olduğunu vurğulayan Komitə sədri, parlament üzvlərinin, elm-mədəniyyət xadimlərinin bu dəstəyi gərə¬yincə qiymətləndirməli oldğunu qeyd etdi. İ.Həbibəyli millət vəkili həmkarı Qənirə Paşayevanın, onun başçılıq etdiyi ictimai birliyin, digər təşkilatçı qurumların türk dünyasında mədəni əməkdaşlığı gücləndirmək yönündə ciddi çalışmalarını xatırlatdı, görülən işlərin perspektiv üçün yaxşı baza olduğunu bildirdi. Başçılıq etdiyi Ədəbiyyat İnstitutu xətti ilə tatar ədəbiyyatı ilə bağlı görülmüş işləri də xatırladan akademik, yeni nəşrlər, qarşılıqlı faydalı əməkdaşlıq üçün gərəkən ad¬dımların atılacağını bildirdi. Səmimi qəbul, qiymətli fikirlər üçünAzərbaycanlı həmkarına təşəkkür edən Millət vəkili, Xalq şairi Razil Vəliyev, deyilən fikirləri bölüşdüyünü, Bakıda şeirlər kitabının çıxması, kitaba təqdimat mərasimləri hazırlandığını məmnunluqla qeyd etdi.
Millət vəkili Qənirə Paşayeva ilə işçi naharda, şəhər gəzintisində etdiyi söhbətləri, Bakıda hər kəsdən hiss etdiyi isti münasibətləri, ilk günün təəssüratlarını Komitə sədri həmkarının diqqətinə çatdıran R.Vəliyev, qarşılıqlı səfərlərin yalnı o səfərdə iştirak edənlərə deyil, bütövlükdə xalqlarımızın mədəni münasibətlərinə müsbət təsir etdiyini, töhfə verdiyini qeyd etdi.



Sonra R.Vəliyev İ.Həbibbəyliyə Tatarıstan parlamentinin xatirə hədiyyəsini, Q.Paşayevaya Tatarıstan parlamentinin yubiley medalını təqdim etdi. İ.Həbibəyli də öz nöbəsində R.Vəliyevə, A.Zakirova, digər qonaqlara qiymətli kitablar hədiyyə etdi. Milli Məclisdə növbəti görüş Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğuKomitəsinin sədri Əli Hüseynli ilə oldu. Tatarıstan parlamentinin Komitə sədrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Ə.Hüseynli Azərbaycan-Tatarıstan, Azərbaycanla Rusiya Federasiyasının subyektləri, ümumən Azərbaycan-Rusiya münasibətləri barədə ətraflı məlumat verdi, dövlət başçıları səviyyəsində yüksək səviyyəli münasibətlərin digər münasibətlər üçün bir örnək olduğunu vurğuladı, Tatarıstan elm-mədəniyyət tarixində yer almış azərbaycanlılar, Azərbaycan elm-mədəniyyət tarixində yer almış tatarlar barədə bilgilərini bölüşdü. R.Vəliyev Milli Məclisdəbir gün içində iki Komitə sədri ilə görüş keçirdiyinə görə məmnunluğunu bildirdi; bütün parametrlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu, bu imkanları dəyərlərndiməklə daha yaxşı nəticələr əldə ediləcəyini dedi. Qeyd edək ki, Tatarıtsandan gəlmiş mötəbər qonaq bugün paytaxtın görməli yerləri ilə yaxından tanış olacaq, iyulun 31-də isə Azərbaycan Yazıçılar Birliyinin NATAVAN Klubundabu il Bakıda (“Xan” nəşriyyatı) gün üzü görmüş “Payız yağmurları” kitabının təqdimatı keçiriləcək (saat 14.00).

Xatırladaq ki, “Payız yağmurları” Xalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca)verilib. Şeirləri dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.“XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. “PAYIZ YAĞMURLARI”nın məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tata¬rıs¬tanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və millət vəkili Qənirə Paşayevadır. Kitaba “USTAD” dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb. Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tata¬rıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

Femida.az

Açar sözlər: #Qənirə_Paşayeva  

Oxunub: 829