Prezident Texniki Universitetə yeni rektor təyin etdi


19:18     31 İyul 2019 19_07_31_1564585243.jpg

Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.



Femida.az xəbər verir ki, sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, V.Vəliyev 1960-cı il martın 28-də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

Femida.az

Açar sözlər: #Texniki#Universitet  

Oxunub: 852