İki qardaş məhkəmədə intihara cəhd edib - Aliment üstündə


20:55     31 İyul 2019 mehkeme3.jpg

Göygöl rayonunda 2 qardaş intihara cəhd edib.

Hadisə Göygöl Rayon Məhkəməsində baş verib.

Belə ki, hakimin çıxardığı qərarla razılaşmayan 42 yaşlı Elçin Xıdırov və onun qardaşı, 38 yaşlı Eldəniz Xıdırov məhkəmənin inzibati binasının qapısını sındıraraq şüşə parçaları ilə özlərinə xəsarətlər yetiriblər.

Onlar qol və əl nahiyələrindən xəsarət aldığından xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları da məlum olub.

Eldəniz Xıdırov ödəməli olduğu 1740 manat aliment pulunu ödəyə bilmədiyi üçün məhkəmə onun haqqında 10 sutka inzibati həbs qərarı çıxarıb. Bu qərarla razılaşmayan E.Xıdırov icraçıya alimentin 1000 manatını ödəmək üçün keçmiş həyat yoldaşı ilə razılaşacağını, qalan pulu isə sonra ödəyəcəyini bildirib. Hakim bu vədlərin dəfələrlə verildiyini və yerinə yətirilmədiyini nəzərə alaraq qərarı dəyişməyəcəyini bildirib. Bu zaman E.Xıdırovun yanında olan qardaşı Elçin Xıdırov əsəbləşərək icraçı otağının qapısında olan şüşəni qolu ilə sındırıb. Sınan şüşə onun qolunu və damarlarını kəsib.

Daha sonra isə Eldəniz Xıdırov yerə tökülən şüşə parçası ilə qolunu kəsərək özünə xəsarət yetirib. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onlara dərhal tibbi yardım göstərilib. Elçin Xıdırovun vəziyyəti ağır olduğundan onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 385