Lerikdə toyda kütləvi zəhərlənmə olub


09:02     01 Avqust 2019 Tecili%20yardim%20xestexana%20190412.jpg

Lerik rayonunda toyda kütləvi zəhərlənmə baş verib.

Hadisə rayonun Durğan kəndində qeydə alınıb. Belə ki, Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində toy məclisi keçirilib. Həmin toy məclisində 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə (bir ailənin 4 üzvü), 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubova, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib.

Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 409