Gürcüstanda Azərbaycan vətəndaşları bıçaqlandı

Gürcüstanda Azərbaycan vətəndaşları bıçaqlandı


09:54     01 Avqust 2019 bicaq.jpg

Gürcüstanın Batumi şəhərində kütləvi davada Azərbaycan vətəndaşları bıçaqlanıb.



Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ədliyyə Evi yaxınlığında, çimərlikdə qeydə alınıb.

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı qol, ayaq və bədənin müxtəlif hissələrindən bıçaqlanıb. Onlar Batumi Referal Xəstəxanasına yerləşdiriliblər.

Batumi Təcili Yardım Mərkəzinin direktoru Badri Paksadze bildirib ki, yaralı azərbaycanlılardan ikisinin vəziyyəti stabil, digərininki isə nisbətən ağırdır.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxs 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşıdır.

Faktla bağlı cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 167