Prezident: "Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır"
10:11 01 Avqust 2019
"İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun".
Femida.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır: "Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir".
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- Prezidentin dini liderlərin Bakı Sammitindəki çıxışı - TAM MƏTN
- İlham Əliyev Fələstin Dövlətinin Prezidentini təbrik edib
- Şahin Mustafayev həmsədr təyin edildi - SƏRƏNCAM
- Prezident Yevlax şəhərinə yeni icra başçısı təyin etdi
- Xaçmaz rayonuna yeni icra başçısı təyin olunub - SƏRƏNCAM
- Daha bir icra başçısı vəzifəsindən azad olundu
- Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
- Fransanın yeni səfiri İlham Əliyevin qəbulunda - FOTOLAR
- "Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır" - Prezident
- "Bu ilin əvvəlindən 60 min yeni iş yeri açılıb" - İlham Əliyev