Goranboyda bina yanıb


15:53     09 Noyabr 2015 trend_fire_120215.jpg

Goranboy rayonunda binada yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a daxil olan məlumata görə, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 312 kv.m olan ikimərtəbəli inzibati binanın çardağının yanar konstruksiyaları 0,5 kv.m sahədə yanıb. Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində binanın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.

Açar sözlər:

Oxunub: 716