Azərbaycanda 570 mindən çox mənzil özəlləşdirilib


12:34     01 Avqust 2019 2019/08/91fc24c2-8ad1-4e9b-b691-c7462597919e_1564648510.jpg

Bu ilin I yarısında Azərbaycanda 112 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Femida.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 21 minə yaxını fərdi yaşayış və bağ evi, 29 min 200-ə yaxını mənzil, 57 minə yaxını torpaq sahəsi, 2 min 200-ə yaxını qeyri-yaşayış binası, 2 min 500-dən çoxu qeyri-yaşayış sahəsi, 500-ə yaxını əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 21-ni isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 35,55%-i Bakı şəhərinin, qalanı isə regionların payına düşür. Son 1ildə ilkin qeydiyyat 3,2% artıb.

Bundan başqa 2019-cu ilin 6 ayı ərzində ölkə üzrə 9 141 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30,4% artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günə qədərölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 355