MTN generalı şikayətini geri götürdü
13:13 01 Avqust 2019

Bu gün Ali Məhkəmədə həbsdə olan MTN generalı Elçin Quliyevin məhkəməsi keçirilib.
Femida.az-ın verdiyi xəbərə görə, hakim Fərhad Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Quliyev məhkəməyə ərizə ilə müraciət edərək şikayətini geri götürdüyünü bildirib. Bu səbəbdən məhkəmə prosesi davam etdirilməyib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay müddətinə, müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.
Femida.az
Oxunub: 354
Oxşar xəbərlər
- MTN generalı şikayətini geri götürüb
- MTN əməkdaşlarının məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib
- MTN-in dövlətə xəyanətdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi başlayıb
- MTN generalının bacanağı apellyasiya şikayəti verib
- MTN generalının bacanağı məhkəmə zalından həbs edildi
- MTN-nin sabiq əməkdaşı qadına görə öldürülüb
- MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!
- MTN generalının vəkili hakimlərə etiraz edib
- MTN generalı Ali Məhkəməyə müraciət etdi
- MTN polkovnikinin məhkəməsi başladı