İtkin düşən pilotun axtarışı ilə bağlı yeni məlumat


13:48     01 Avqust 2019 2019/08/05715-1564650178_1564652956.jpg

"Türkiyədən gələn mütəxəssislər özləri ilə yeni cihazlar gətiriblər. Heyət üzvləri arasında peşəkar dalğıclar da var. Onlar ötən gündən axtarış əməliyyatlarına cəlb olunublar"
Bu barədə Femida.az-a MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Azərbaycan tərəfi də axtarışda yeni cihazlar tətbiq edir: “Axtarışlar aparılan hissədə dənizin dərinliyi 27 metrdir. Sahildən 17 kilometr uzaqlıqdadır. Dənizin dibini görən qurğuları olan gəmilərlə və helikopterlərlə də axtarışlar davam edir. İşlər yüksək sürətlə davam etdirilir”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.


Femida.az

Açar sözlər:

Oxunub: 716