AÇG-dən 13 milyon ton neft hasil olunub


15:20     01 Avqust 2019 19_08_01_1564658465.jpg

2019-cu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli"də (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.


BP-nin Bakı ofisindən Femida.az-a verilən məlumata görə, birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 355


Oxşar xəbərlər