Azərbaycanda ən aşağı maaş səhiyyədədir


15:42     01 Avqust 2019 hekim_348686787.jpg

2019-cu yanvar-may aylarınin ilkin məlumatlarına əsasən Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 821,4 manat olub.


Femida.az-ın Trend-ə istinadən məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Femida.az

Açar sözlər: #səhiyyə   #həkim  

Oxunub: 580